Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AB Qırmızı dənizə hərbi gəmiləri nə vaxt göndərəcək?

AB Qırmızı dənizə hərbi gəmiləri nə vaxt göndərəcək?

Tarix: 6 Fevral 2024 08:54

Qırmızı dənizə Avropa Birliyinin birgə hərbi missiyası fevralın 19-da göndəriləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Aspides" adlı missiyaya İtaliya Hərbi Dəniz Qüvvələrinin "Duilio" super esminesi, eləcə də Almaniya, Yunanıstan və Fransa hərbi-dəniz qüvvələrinin freqat gəmiləri daxildir.

Missiyanın məqsədi husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir edən hücumlarının qarşısını almaq, ticarət gəmilərinin müdafiəsini gücləndirməkdir. Hərbi missiya BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun fəaliyyət göstərəcək və müdafiə xarakterli olacaq.

Yaponiyada səfərdə olan İtaliyanın Baş naziri Corciya Meloni ölkəsinin hərbi missiyasında iştirakını və müdafiə missiyasına komandanlığının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu, Avropa və İtaliya üçün strateji əhəmiyyət daşıyır.

Milli.Az


Etiketlər:  AB Qırmızı dənizə hərbi gəmiləri vaxt göndərəcək


RƏYLƏR