Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 08:58
Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Sergey Krivonos Prezident Vladimir Zelenskinin SQ-nin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək istəyini tənqid edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, V.Zelenskinin qərar verməkdə məsuliyyətli davranmadığını vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində kadrların yenilənməsi mümkün deyil, çünki Zalujnı kimi təcrübəli insanları Ukraynada tapmaq çətindir.
Qeyd edək ki, Zelenski Ukraynada təkcə hərbi sahədə deyil, bütün idarəetmə strukturunda dəyişikliyə ehtiyac olduğunu söyləmişdi.