Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevda Sanaliyeva efirdə etiraf ETDİ: “Həkimlər diaqnoz qoydular ki...'' – VİDEO

Sevda Sanaliyeva efirdə etiraf ETDİ: “Həkimlər diaqnoz qoydular ki...'' – VİDEO

Tarix: 6 Fevral 2024 10:20

"Anama görə ailə qura bilməzdim. Çünki ona mən baxırdım, xəstə idi. Gərək, ailə qursam, sənəti atardım, bütün yük də həyat yoldaşımın üstünə düşəcəkdi. Bunu isə istəmirdim. Həm də həkimlər diaqnoz qoymuşdular ki, sonsuzsan, övladın olmayacaq. Tək Azərbaycanda yox, Rusiyada, Türkiyədə də eyni diaqnoz qoyulmuşdu". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi bildirib ki, həkimlər ona səhv diaqnoz qoyub: 

"Çox müalicə aldım, xeyrini görmürdüm. Dedilər ki, sonsuzsan, müalicə etmə. Müalicəni atdım və iki övladım dünyaya gəldi. 33 yaşında ailə qurdum. İndi böyük övladımın 9 yaşı var". 

Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. Onun bir qız və bir oğlan övladı var. 


Etiketlər:  Sevda Sanaliyeva efirdə etiraf ETDİ Həkimlər diaqnoz qoydular VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ