Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ukrayna Gürcüstanda “ikinci cəbhə” açmağa çalışır”

“Ukrayna Gürcüstanda “ikinci cəbhə” açmağa çalışır”

Tarix: 6 Fevral 2024 18:00

"Ukrayna Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmağa dair cəhdlər edir".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri postuna namizəd İrakli Kobaxidze deyib. 

Gürcü siyasətçi bununla Rusiyaya aparılan partayıcı qurğuların Gürcüstanda aşkar edilməsinə münasibət bildirib: "Bu, Ukrayna rəhbərliyinin məmurlarının açıq şəkildə dediklərini bir daha təsdiq edir. Onlar çox güman indi də Gürcüstanda "ikinci cəbhə" açmaq istəyirlər". 

Xatırladaq ki, Gürcüstanın xüsusi xidmət orqanları Ukrayna vətəndaşının Odessadan Voronejə apardığı 14 kiloqram partlayıcı maddəni aşkar edib.


Etiketlər:  Ukrayna Gürcüstanda ikinci cəbhə açmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ