Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni hərbçi döyüş mövqeyində yanaraq öldü

Erməni hərbçi döyüş mövqeyində yanaraq öldü

Tarix: 6 Fevral 2024 22:46

Ermənistan ordusunun döyüş mövqeləri yaxınlığındakı məişət tikilisində baş verən yanğın nəticəsində 1985-ci il təvəllüdlü ehtiyatda olan hərbçi Artur Varuzhanoviç Qriqoryan yanaraq ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 6-da saat 13:20 radələrində baş verib.

Yanğının qarşısı alınıb və söndürülüb, başqa itki yoxdur.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Qeyd edilib ki, A.Qriqoryan hərbi təlim üçün orduya çağırılıbmış.

Milli.Az


Etiketlər:  Erməni hərbçi döyüş mövqeyində yanaraq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ