Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun ad günündən FOTOSU

Ronaldonun ad günündən FOTOSU

Tarix: 7 Fevral 2024 21:14

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə ad günü qeyd etməsindən foto yayımlayıb.

"39 yaşımı ailəmlə birlikdə ən yaxşı şəkildə keçirmək və məşqlərə qayıtmaq fürsətinə görə minnətdaram. İsti mesajlara görə hər kəsə təşəkkür edirəm!" - Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ronaldo yazıb.

Səudiyyə Ərəbistanı Pro-Liqasının bu mövsümündə 38 yaşlı Kriştianu Ronaldo 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun həmçinin Ərəb Çempionlar Klublar Kubokunda üç oyunu və dörd qolu var. Bundan əlavə, o, AFC Çempionlar Liqasının dörd oyununda üç qol vurub. Ümumilikdə Ronaldo 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri olub. 

Portuqaliyalı hücumçu Yaxın Şərqdə 2023-cü ilin ən yaxşı oyunçusu kimi Globe Soccer Awards mükafatını qazanıb. Xatırladaq ki, Ronaldo 2022-ci ilin sonunda "Əl-Nəsr"ə keçib.

Milli.Az


Etiketlər:  Ronaldonun ad günündən FOTOSU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ