Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə PA rəsmisindən İlham Əliyevə təbrik

Türkiyə PA rəsmisindən İlham Əliyevə təbrik

Tarix: 7 Fevral 2024 23:42

Türkiyə Prezident Administrasiyasının sözçüsü Ömer Çelik Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib.

Sonxeber.net xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Can Azərbaycanın bütün torpaqlarında, o cümlədən azad olunmuş ərazilərdə keçirilən seçkilərdə yenidən Prezident seçilən Azərbaycan dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm", - o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.


Etiketlər:  Türkiyə rəsmisindən İlham Əliyevə təbrik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ