Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur kanalın müxbirinin bu hərəkəti qalmaqal yaratdı - VİDEO

Məşhur kanalın müxbirinin bu hərəkəti qalmaqal yaratdı - VİDEO

Tarix: 8 Fevral 2024 12:00

Türkiyə Kubokunda keçirilən "Qazientep" - "Fənərbaxça" (0:2) matçının canlı yayımçısı olan "A Spor" kanalının müxbiri Onur Yıldız qalmaqalla gündəmə gəlib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, müxbir matç zamanı kameraların onu lentə aldığını fərq etməyərək siqaret çəkib. 

Bu görüntülər Türkiyədə böyük qalmaqala səbəb olub. Hər kəs Onur Yıldızı tənqid edib. 

Kanalın şərhçisi Aykut İncə açıqlama verərək görüntülərin canlı yayımda olmadığını bildirib: "Bu görüntülər canlı yayımda olmayıb. Hansısa qeyri-qanuni yayıma aiddir". 

Onur Yıldız da məsələyə münasibət bildirib: "Hansısa qeyri-qanuni yayım təşkil edən xarici kanallarda olan görüntüdür. "A Spor" izləyiciləri belə anlara şahidlik etmədi". 

Milli.Az


Etiketlər:  Məşhur kanalın müxbirinin bu hərəkəti qalmaqal yaratdı VİDEO


RƏYLƏR