Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2024 18:52
"Sihirli Annem" serialındakı Tuğçe obrazı ilə məşhurlaşan aktrisa Damla Ersubaşı etirafı ilə gündəmi silkələyib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi vaxtilə hamilə qaldığı üçün evləndiyini etiraf edib.
Bundan xəbər tutanda ailəsinin sərt reaksiya verdiyini deyən Ersubaşı bildirib: "Anam bunu eşidəndə üzümə tüpürdü, atam bir müddət mənimlə danışmadı".
Qalmaqallı şəkildə boşandığı 2 övladının atası Mustafa Can Keserlə münasibətindən danışan Damla Ersubaşı tanışlığından söz açıb:
"Keçmiş ərimlə bir dost vasitəsilə tanış olduq. Onu ilk dəfə görəndə çox bəyəndim. İl yarım görüşdük, sonra hamilə qaldım, evləndik. Onda 3 aylıq hamilə idim. Hamilə qalmasaydım da, evlənəcəkdim.
Ailəm hamilə olduğumu sonradan öyrəndi. Atam bir müddət mənimlə danışmadı. Anam üzümə tüpürdü. Erkən yaşda ailə qurduğuma çox peşman oldum".