Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin: ABŞ-da kimin qərar verdiyini anlamaq bizim üçün çətindir

Putin: ABŞ-da kimin qərar verdiyini anlamaq bizim üçün çətindir

Tarix: 9 Fevral 2024 08:56

"ABŞ-da kimin qərarlar verdiyini anlamaq asan deyil, Amerika mürəkkəb ölkədir - mühafizəkar, lakin eyni zamanda sürətlə dəyişir".

Milli.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə deyib.

Müsahibə zamanı Karlson Putindən ABŞ-da kimin qərar verdiyini düşündüyünü soruşub.

"Bilmirəm. Amerika mürəkkəb ölkədir, ona görə də bir tərəfdən mühafizəkar, digər tərəfdən sürətlə dəyişir. Bunu anlamaq bizim üçün asan deyil. Seçkilərdə qərarları kim verir? Bunu başa düşmək olarmı? Hər bir ştatın öz qanunvericiliyi olanda, hər ştat özünü tənzimləyir,kimsə dövlət səviyyəsində seçkilərdən kənarlaşdırıla bilər. İkipilləli seçki sistemidir,bunu anlamaq bizim üçün çox çətindir. Təbii ki, iki dominant partiyalar: Respublikaçılar və Demokratlar var. Və bu partiya sistemi daxilində qərar qəbul edən, qərarlar hazırlayan mərkəzlər", - Putin bildirib.

"Amerikanın siyasi elitası başa düşmür ki, dünya obyektiv şəraitə görə dəyişir və onun səviyyəsini saxlamaq üçün səriştəli və vaxtında qərarlar qəbul etmək lazımdır. Əksinə, ABŞ güc tətbiq edir. Kobud hərəkətlər, o cümlədən Rusiya Federasiyasına münasibətdə əks nəticəyə gətirib çıxarır", - Rusiya Prezidenti Vladimir Putin bildirib.

"ABŞ necə adaptasiya olur? Gücün köməyi ilə: sanksiyalar, təzyiqlər, bombardmanlar, silahlı qüvvələrdən istifadə. Bu, təkəbbürdən irəli gəlir. Sizin siyasi elitada olan insanlar başa düşmürlər ki, dünya obyektiv şəraitə görə dəyişir. Düzgün qərarları savadlı şəkildə, vaxtında, vaxtında qəbul etmək lazımdır ki. Sizin səviyyənizi, üzrlü sayın, kimsə istəsə də - dominantlıq səviyyəsini qorumaq cəhdlərinizi qəbul etmirik", - Rusiya prezidenti söyləyib.

Milli.Az


Etiketlər:  Putin ABŞ da kimin qərar verdiyini anlamaq bizim üçün çətindir


RƏYLƏR