Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2024 14:45
Xalq artisti Flora Kərimova növbəti dəfə efirdə həmkarı Niyamməddin Musayevlə başına gələn hadisədən danışıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə o, "Rəngarəng səhər" verilişində açıqlama verib. Kərimova Musayevi yamsılayaraq onun həmin olaydan sonra danışdıqlarından söz açıb:
"O qədər zənglər gəldi ki, hamının dərdi o günə qalmışdı. Bir də gördüm ki, qızım yazıq-yazıq deyir ki, özündən xəbərin var? Dedim ki, nə qələt etmişəm? Rusca söylədi ki, bütün kişiləri öpmüsən. Artıq Niyamməddin müəllim yavaş-yavaş gəlir. Deyirəm, nə oldu sizə? Söyləyir ki, çox sağ olun, mənim tərəfimə danışdınız. O qədər şirin insandır ki, yarım saat onu tərifləmişəm, bir saf sözü yadında qalıb. Deyir, çox sağ olun ki, tərəfimə danışdınız, məni təriflədiniz".