Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2024 17:36
Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini "Meksika prezidenti" adlandırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bunu Qəzza ilə bağlı sualı cavablandırarkən deyib.
Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib:
"Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yaxşıdır. Oğlumun vəfat etdiyi ili xatırlamadığım qeyd olunub. Buna necə cürət edirlər? Kim bunu unuda bilər?"
Sözügedən hesabatda Baydenin vitse-prezidentliyi dövrdə məxfi sənədləri evinə apardığı vurğulanıb və Ağ Ev rəhbəri "xoş niyyətli, zəif hafizəsi olan yaşlı biri" kimi xarakterizə edilib.