Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada məhkum olunan azərbaycanlı: “Məni söydüyünə görə, onu çəkiclə vurdum”

Rusiyada məhkum olunan azərbaycanlı: “Məni söydüyünə görə, onu çəkiclə vurdum”

Tarix: 9 Fevral 2024 21:58

Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 21 il həbs həyatı yaşayan və hazırda mis satmaqla məşğul olan Çingiz Hüseynov öz həyat hekayəsini danışıb.

66 yaşlı Çingiz Hüseynov Rusiyada mübahisəsi düşən adamı öldürdüyünə görə, 12 il həbs cəzasına məhkum olunub.

"Həbsxanadan evə pul da göndərirdim. Qolumda problem var idi, yuxarı çıxa bilmirdim. Məhbuslardan birinə dedim ki, həbs müddətim çoxdur, mənə normal yer ver, razılaşmadı. Bir müddət onunla danışmadım. Bir gün ona salam vermək istədim, eşitdim ki, məni söyür. Daha sonra çəkiclə onun başına vurdum. Başı deşilmişdi. O hadisədən sonra həbs müddətimi doqquz il artırdılar", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Rusiyada məhkum olunan azərbaycanlı Məni söydüyünə görə onu çəkiclə vurdum


RƏYLƏR