Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 00:22
ABŞ Prezidenti Cozef Baydenin xüsusi prokurorun məruzəsinin dərcindən sonra çıxışı ölkənin hazırkı liderinin 2024-cü ildə yenidən bu vəzifəyə seçilməsinə mane ola bilər.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, "The Wall Street Journal" (WSJ) siyasətçinin yolundakı bu və digər maneələrin adını çəkir.
"Yardımçılar onu (Baydeni - red.) enerjili və işə hazır kimi göstərməyə çalışdılar, lakin [xüsusi prokurorun] məruzəsi və bu həftəki şifahi səhvləri yaşın onun kampaniyası üçün əngəl olaraq qaldığını göstərir", - nəşr bildirib.
Üstəlik, sorğular göstərir ki, əksər amerikalılar prezidentliyə namizədin qocalmasından narahatdırlar ki, bu da Baydenin yenidən seçilməsinə mane ola bilər. 2024-cü ilin noyabrında siyasətçinin 82 yaşı tamam olacaq.