Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' əsas müdafiəçisi ilə yollarını ayırır

''Barselona'' əsas müdafiəçisi ilə yollarını ayırır

Tarix: 10 Fevral 2024 20:30

"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde gələn yay klubunun qeydiyyatını dəyişə bilər. Bu barədə jurnalist Ferran Martinez sosial şəbəkədə məlumat verib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, Kunde onun üçün maraqlı təklif olarsa, Kataloniya komandasının düşərgəsini tərk edə bilər. Qeyd olunur ki, "blauqrana" maliyyə feyr-pley qaydaları ilə bağlı problemlərə görə fransızı satmağı düşünür.

Daha əvvəl mətbuatda "Barselona"nın yayda hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonqla yollarını ayıra biləcəyi barədə məlumatlar yayılıb.


Etiketlər:  Barselona əsas müdafiəçisi ilə yollarını ayırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ