Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa Ukraynaya onlarla "Sezar" verəcək

Fransa Ukraynaya onlarla

Tarix: 11 Fevral 2024 06:50

Fransa Ukraynaya onlarla "Sezar" artilleriya sistemi və mərmi verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığında sonra məlumat yayıb.

"Fransa və ABŞ-ın artilleriya koalisiyasının yaradılmasına görə sizə təşəkkür edirəm, bu koalisiya çərçivəsində Paris onlarla "Sezar" artilleriya sistemi və onlar üçün mərmi istehsal edib Ukraynaya təhvil verəcək", - Zelenski bildirib.

Qeyd edək ki, daha öncə Fransa Müdafiə Nazirliyi Ukraynaya altı "Sezar" özüyeriyən haubitsa tədarük ediləcəyi barədə məlumat yayıb.

Milli.Az


Etiketlər:  Fransa Ukraynaya onlarla Sezar verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ