Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı ''siyasi mühacir''in deport olunacağı gözlənilir

Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı ''siyasi mühacir''in deport olunacağı gözlənilir

Tarix: 14 Noyabr 2019 15:00

Bakı. Trend:

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

Trend-in məlumatına görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gecə Almaniya Bavariyadan xeyli azərbaycanlı siyasi mühacirin deport olunacağı gözlənilir


RƏYLƏR