Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cinsi əlaqə koronavirusdan qoruyurmuş...

Cinsi əlaqə koronavirusdan qoruyurmuş...

Tarix: 12 Fevral 2024 01:03

Daimi cinsi fəaliyyət bədənin viruslara, bakteriyalara və digər patogenlərə qarşı fizioloji müdafiəsini gücləndirir. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ümumilikdə cinsi əlaqə immunitet sistemini gücləndirən faktorlardan biri kimi çıxış edir.

Araşdırmalara görə, hətta ayda 3 dəfə cinsi əlaqə koronavirusdan qorunmanı təmin edə bilər. Bu, digər yoluxucu xəstəliklər üçün də keçərlidir. Cinsi əlaqənin immunitet sisteminə faydası yaşdan və cinsi fəaliyyət növündən asılı deyil. Başqa sözlə, hər kəs bu faydanı həyatının müxtəlif dövrlərində ala bilər. 

Sübutlar göstərir ki, cinsi əlaqənin tezliyi artdıqca immunitet sistemi xəstəlik təhdidlərinə qarşı daha davamlı hala gəlir. Başqa bir araşdırmada isə qocalıqda cinsi fəaliyyətin davam etdirilməsinin ürək-damar problemləri riskini azaltdığını, eyni zamanda digər məlum risk faktorlarına qarşı da müsbət təsir göstərdiyini ortaya çıxarıb.

Qeyd olunub ki, cinsi fəaliyyət müxtəlif ağrılara qarşı da yüngülləşdirici təsir göstərə bilər. Yuxusuzluq probleminin həlli üçün də cinsi əlaqənin unikal təsiri mövcuddur. Bundan başqa, ruhi, mənəvi və psixoloji narahatlıqlara qarşı da cinsi fəaliyyət müsbət təsirə malikdir. 

Milli.Az


Etiketlər:  Cinsi əlaqə koronavirusdan qoruyurmuş


RƏYLƏR