Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 13:36
2024-cü ilin yanvar ayında ölkədə 9 131 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox ümumi daxili məhsul istehsal olunub.
Sonxeber.net Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12,3% artıb.
ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.