Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirzoyan Borrellə görüşüb

Mirzoyan Borrellə görüşüb

Tarix: 13 Fevral 2024 16:10

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan XİN rəhbərinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, görüş Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından əvvəl Brüsseldə baş tutub. "İkitərəfli əməkdaşlıqda son nailiyyətlərə və bizim fəal işləyə biləcəyimiz perspektivlərə nəzər saldıq", - Mirzoyan qeyd edib.

Ermənistan XİN rəhbəri regiondakı son vəziyyət barədə Aİ-nin Ali Nümayəndəsini məlumatlandırıb.


Etiketlər:  Mirzoyan Borrellə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ