Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 16:05
Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəni ilə bloger həyat yoldaşı Ayselin boşanma xəbəri yayılmışdı.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu gün Aysel uzun müddət sonra İlkinlə videosunu paylaşıb. O, 14 Fevral Sevgililər günü münasibətilə həyat yoldaşına etdiyi zarafata bu sözləri yazıb:
"Deməli, xarici səhifələrdə xanımların bəylərə gül dəstəsi hədiyyə etdiyini görüb, mən də edim dedim. İlkinin ilk reaksiyasına baxsaq bizim bəyləri bu hədiyyəyə alışdırmaq lazımdır. Məncə, sevdiyinə gül hədiyyə etmənin cinsiyyəti olmamalıdır".
Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alis adlı qız, Raul adlı oğul övladı var.