Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 20:54
Moskva "Lokomotiv"inin keçmiş icraçı direktoru, hazırda isə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İspaniyanın "Barselona"sına rəhbərlik edə bilər.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Kataloniya komandasının prezidenti Joan Laporta 65 yaşlı alman mütəxəssisin namizədliyini çox bəyənir.
Ranqnik 2021-ci ilin iyulundan noyabrına kimi "Lokomotiv"i çalışdırıb. 2021-ci ilin dekabrından İngiltərənin "Mançester Yunayted"inə rəhbərlik edib, lakin 2022-ci ilin mayında komandadan ayrılıb.
Xatırladaq ki, "Barselona"nın baş məşqçisi Xavi bu mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb. Mütəxəssis kluba 2021-ci il noyabrın 6-dan rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.