Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 08:32
Krım yarımadasını artıq bu il ABŞ-ın hərbi yardımı olmadan da mühasirəyə almaq mümkündür.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
O bildirib ki, Krım yarımadası özlüyündə coğrafi olaraq "əməliyyat qazanı"na bənzəyir.
Eyni zamanda o, Rusiyanın Qara dəniz donanmasında altıdan artıq desant gəmisinin qalmadığını vurğulayıb.
Svitan onu da əlavə edib ki, Krım körpüləri ilə əlaqə kəsiləcəyi halda yarımadada ordunun ehtiyatı 1,5-2 ay davam edəcək.