Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eldəniz Əzizli: “O, mənim güləşməyəcəyimi bildikdən sonra yarışa yollandı” - VİDEO

Eldəniz Əzizli: “O, mənim güləşməyəcəyimi bildikdən sonra yarışa yollandı” - VİDEO

Tarix: 15 Fevral 2024 20:36

"Nuqzari Tsutsumiyanın Azərbaycan güləşçilərinə qarşı demək olar ki, fobiyası var".

Sonxeber.net xəbər verir ki, bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

3 qat dünya, 2 qat Avropa çempionu çəkisində əsas rəqibi olan gürcüstanlı Nuqzari Tsutsumiya ilə bağlı maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, 55 kq-da əsas rəqibi Əzizlinin Buxarestdəki Avropa çempionatında çıxış etməyəcəyini bildikdən sonra yarışa yollanıb: "Nuqzarinin yaxın zamanlarda anası, daha sonra isə atası vəfat edib. Biz nə qədər prinsipial rəqib olsaq da, hər zaman bir-birimiz ilə maraqlanırıq, problemlərimizə kömək olmağa çalışırıq. Ağır bir dönəmdən keçir. Bu yarışa gələndə formada deyildi. Biz telefonla danışdıq. Dedi ki, əgər sən Avropa çempionatına gəlirsənsə, mən gəlmək istəmirəm. İştirak etməyəcəksənsə, bu mənim üçün şansdır. Mən isə zədəm olduğumu bildirdim. Güləşməyəcəyimi bildikdən sonra o yarışa yollandı".

Qeyd edək ki, Avropa çempionatında yarımfinalda Rəşad Məmmədova uduzan Tsutsumiya bürünc medal uğrunda görüşdə məğlubiyyətə üzülərək, 5-ci olub.


Etiketlər:  Eldəniz Əzizli mənim güləşməyəcəyimi bildikdən sonra yarışa yollandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ