Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Panamada miqrantları daşıyan gəmi batıb, ölənlər var

Panamada miqrantları daşıyan gəmi batıb, ölənlər var

Tarix: 15 Fevral 2024 23:38

Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı dörd nəfər ölüb, səkkiz nəfər itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Estrella de Panama" qəzeti məlumat yayıb.

Belə ki, bir qrup miqrant Karib dənizində batmış qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Sağ qalanların sözlərinə görə, gəmi əlverişsiz hava şəraiti səbəbindən batıb. Axtarış-xilasetmə işləri davam edir.

Sərhəd Xidməti bildirib ki, akvatoriya cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq üçün istifadə olunur. Cərəyanlar və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.

Milli.Az


Etiketlər:  Panamada miqrantları daşıyan gəmi batıb ölənlər var


RƏYLƏR