Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mehdi qalmaqalı": "Şeyx" oteldə hərəmxana yaradıb - FOTO

Tarix: 16 Fevral 2024 04:06

Özünü Mehdi elan edən Mustafa Çabuk gənc qızları hədəf alıb. Bu qalmaqallı iddia bir ananın qızını ATV -də yayımlanan Esra Erolun proqramında axtarması ilə üzə çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 7 aydır qızından xəbər ala bilməyən Fatma Xanımın qızı anasına saxta şeyx haqqında danışıb. O, hədislərdəki Mehdinin dünyaya nazil olduğunu, Çanaqqalaya gəldiyini və gedib onu görmək istədiyini deyib.

Anası bu hadisədən sonra qızının evdən çıxdığını və o vaxtdan bəri ondan xəbər almadığını bildirib.

Esra Erol qısa müddətdə Çabuka qaçan Mövludə ilə əlaqə saxlaya bilib. Canlı yayıma qoşulan qız itkin olmadığını bildirib və "Allahın izni ilə onun şagirdiyəm, burada elm öyrənirik" deyib. O, ailəsini rədd edib.

Esra Erol bildirib ki, bu şəxs əvvəllər tarixi əsərlər qaçaqmalçılığına görə həbs edilib və sonra Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Mustafa Çabukun oteldə zorla 300 nəfəri saxladığı iddia olunur.

Milli.Az


Etiketlər:  Mehdi qalmaqalı Şeyx oteldə hərəmxana yaradıb FOTO


RƏYLƏR