Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş katib: NATO kimin prezident olmasından asılı olmayaraq ABŞ ilə müttəfiq qalacaq

Baş katib: NATO kimin prezident olmasından asılı olmayaraq ABŞ ilə müttəfiq qalacaq

Tarix: 16 Fevral 2024 07:12

Bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra kimin Ağ Evdə olmasından asılı olmayaraq, ABŞ NATO-nun sadiq müttəfiqi olaraq qalacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq "Sky News"a müsahibəsində deyib.

"NATO-nun Konqresdə əhəmiyyətli ikitərəfli dəstəyi var. İttifaqın güclü qalması Birləşmiş Ştatların marağındadır. ABŞ Çindən getdikcə daha çox narahat olur, bu səbəbdən onun tərəfində 30 müttəfiqin olması daha vacibdir", - baş katib bildirib.

Stoltenberq ABŞ-nin keçmiş prezidenti Donald Trampın tənqidinin ona yönəlmədiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Baş katib NATO kimin prezident olmasından asılı olmayaraq ABŞ ilə müttəfiq qalacaq


RƏYLƏR