Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artur Jorje: “Məğlubiyyəti izah etmək çətindir”

Artur Jorje: “Məğlubiyyəti izah etmək çətindir”

Tarix: 16 Fevral 2024 10:54

"Çox ağır məğlubiyyət aldıq və bunu izah etmək çox çətindir".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu öz meydanında "Qarabağ"a uduzan "Braqa"nın baş məşqçisi Artur Jorje deyib.

Gənc mütəxəssis Avropa Liqasının pley-offunun ilk matçında 2:4 hesablı məğlubiyyəti şərh edib. Jorje nəticənin məyusedici olduğunu bildirib: "Nəticədən çox məyusam. Pley-offda yolun yarısına gəldik və indi hər şeyi dərindən düşünməliyik. Toparlanmaq vaxtıdır, nəinki dağılmaq. Bu baxımdan tez bir zamanda özümüzə gələcəyimizi düşünürəm. Qarşıda bizi cavab matçı gözləyir. Bu, istədiyimiz nəticə deyil və işimizi çətinə saldıq".

Qeyd edək ki, "Qarabağ" - "Braqa" cavab matçı fevralın 22-də Bakıda olacaq.


Etiketlər:  Artur Jorje Məğlubiyyəti izah etmək çətindir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ