Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçularından ÜSTÜNLÜK

Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçularından ÜSTÜNLÜK

Tarix: 16 Fevral 2024 15:00

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ" dörd göstəricidə hamını qabaqlayır.

Bunlardan ikisi komandaya, ikisi isə futbolçulara məxsusdur.

"Qarabağ" topa nəzarəti geri qaytarmaqda hamıdan öndədir. Ağdam klubu 293 dəfə topu rəqibdən alıb. "Beşlik"də yer alan "Sportinq" 286, "Tuluza" 284, "Atalanta" 283 və "Roma" 282 dəfə bunu bacarıb.

Qapıçılarının ümumi "seyv" sayında da "Qarabağ" liderdir. Lakin burada üçhakimiyyətlilikdir. "Ayaks" və "Aris" də Azərbaycan çempionu kimi 30 qurtarışa sevinib.

"Qarabağ"ın bütün "seyv"ləri Andrey Lunyovun hesabındadır. O, "Aris"in qolkiperi Vana ilə şərikli liderdir. "Ayaks" qapıçılarının fərdi göstəricilərində geri qalır.

"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao da Avropa Liqasında birincidir. Braziliyalı topalmada hamını qabaqlayır. Cənubi amerikalı bunu 23 dəfə bacarıb.

Qeyd edək ki, pley-offun ilk oyununda "Braqa"nın qonağı olan "Qarabağ" Portuqaliyada 4:2 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Avropa Liqasının ən yaxşıları Qarabağ futbolçularından ÜSTÜNLÜK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ