Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Ukraynaya əlavə silah və hərbi texnikalar verib

Almaniya Ukraynaya əlavə silah və hərbi texnikalar verib

Tarix: 17 Fevral 2024 06:12

Almaniya bir həftə ərzində Ukraynaya 18 zirehli personal daşıyıcısı, artilleriya mərmisi, zirehli texnika, eləcə də onlarla kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) çatdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Almaniya hökumətinin dərc etdiyi yenilənmiş silah siyahısında yer alıb.

Söhbət 18 zirehli transportyor, 4 minə yaxın 155 mm çaplı artilleriya mərmisi, 3 ədəd "Wisent 1" zirehli minatəmizləmə maşını, bir ədəd "Dachs" mühəndis tankı, 9 mina trolu, 58 ədəd kəşfiyyat PUA-sı, 4 ədəd patrul maşını, 500 LED işığı və s. telekommunikasiya avadanlığından gedir.

Eyni zamanda rəsmi Berlin Kiyevə iki ədəd "Skynex" hava hücumundan müdafiə sistemi, "IRIS-T" sistemi üçün raketlər, 18 ədəd "RCH 155" təkərli haubitsa, 18 ədəd "Panzerhaubitze 2000" özüyeriyən silah, 120 min ədəd 122 mm-dən çox artilleriya mərmisi, 9 ədəd "IDACHS" mühəndislik tankı və 40 ədəd kəşfiyyat PUA-sı təhvil verməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Almaniya Ukraynaya əlavə silah hərbi texnikalar verib


RƏYLƏR