Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftimiz BAHALAŞDI

Neftimiz BAHALAŞDI

Tarix: 17 Fevral 2024 11:24

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,6% artaraq 88,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Milli.Az


Etiketlər:  Neftimiz BAHALAŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ