Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 20:02
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə" turnirində qızıl medal qazanıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda komanda yoldaşı Ömər Rəcəblini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.
Bundan öncə Hidayət Heydərov (73 kiloqram) da qızıl medalın sahibi olub.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.