Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadımı kimin zəhərlədiyini bilirəm: cavabı görəcəksiniz

Arvadımı kimin zəhərlədiyini bilirəm: cavabı görəcəksiniz

Tarix: 18 Fevral 2024 08:34

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov arvadı Mariannanı kimin zəhərlədiyini bildiyini deyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə Fransanın "Liberation" nəşrinə müsahibəsində danışıb.

"Həyat yoldaşım özünü indi daha yaxşı hiss edir. Mən artıq bir çox sui-qəsd cəhdlərindən sağ çıxmışam və yəqin ki, hələ də sağ olacağam. Düşünürəm ki, yaxın gələcəkdə siz Rusiya ərazisində cavab tədbirləri görəcəksiz və bunu hamı başa düşəcək", - o vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Ukrayna kəşfiyyatının rəhbərinin həyat yoldaşı Marianna Budanova ağır metallarla zəhərlənmişdi. Zəhərlənmədən sonra şöbədə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Arvadımı kimin zəhərlədiyini bilirəm cavabı görəcəksiniz


RƏYLƏR