Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2024 19:38
Honqkonq polisi iki əcnəbi turisti otel otağından 120 milyon Honkonq dolları (təxminən 15,3 milyon ABŞ dolları) dəyərində 132 kq kokain tapdıqdan sonra saxlayıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə yerli polisin X sosial şəbəkəsində verdiyi açıqlamada deyilir.
Qeyd olunub ki, 47 yaşlı Dominikan və 44 yaşlı Kolumbiya vətəndaşı narkotik qaçaqmalçılığı üçün əcnəbiləri cəlb edən transmilli sindikatda işləyiblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Londonda transferlə İspaniyadan Honqkonqa gəliblər.
Öz növbəsində "South China Morning Post" xəbər verir ki, şübhəlilər Honqkonqa yanvarın sonunda gəliblər, narkotiklər isə fevralın əvvəlindən onların otel otağında saxlanılıb. Qəzet həmçinin iddia edir ki, hər iki şəxs İspaniya pasportuna malikdir.
Nəşrin məlumatına görə, şübhəlilər cümə günü saxlanılıb. Onların otağından ümumilikdə 109 bağlama narkotik vasitə aşkar edilib.