Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu: “HƏMAS-la razılaşma yalnız bu yolla bağlana bilər”

Netanyahu: “HƏMAS-la razılaşma yalnız bu yolla bağlana bilər”

Tarix: 19 Fevral 2024 20:16

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında qalan girovların azad edilməsinə dair HƏMAS-la razılaşma yalnız gücdən istifadə etməklə bağlana bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Girovların azad edilməsinə qəti hərbi əməliyyatlar və çox sərt danışıqlar yolu ilə nail olmaq olar. Bu mövqeyə təzyiqlər də daxil olmalıdır", - deyə baş nazir Qüdsdə ABŞ-nin ən böyük yəhudi təşkilatlarının rəhbərləri ilə şam yeməyində bildirib.

Eyni zamanda, Netanyahu qeyd edib ki, təzyiq təkcə Fələstin qrupuna deyil, həm də Qətərdən başlayaraq HƏMAS-a təzyiq göstərə bilənlərə də göstərilməlidir.

"Qətər HƏMAS-a təzyiq göstərə biləcək ən yaxşı dövlətdir. Onlar HƏMAS-ın liderlərini qəbul edirlər, HƏMAS maliyyə cəhətdən onlardan asılıdır", - deyə o əlavə edib.

Qeyd olunub ki, dövlət başçısının bəyanatı girovların azad edilməsi üçün danışıqların dalana dirəndiyi şəraitdə edilib. HƏMAS daimi atəşkəs və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasında israrlıdır, İsrail isə buna qəti şəkildə qarşıdır.

Milli.Az


Etiketlər:  Netanyahu HƏMAS la razılaşma yalnız bu yolla bağlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ