Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: TDT-nin Zirvə toplantısının Şuşada keçiriləcəyindən xüsusi məmnunluq duyuram

Ərdoğan: TDT-nin Zirvə toplantısının Şuşada keçiriləcəyindən xüsusi məmnunluq duyuram

Tarix: 19 Fevral 2024 20:48

Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".

Milli.Az


Etiketlər:  Ərdoğan TDT nin Zirvə toplantısının Şuşada keçiriləcəyindən xüsusi məmnunluq duyuram


RƏYLƏR