Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

LKS-in baş məşqçisi: “Rahil ayrı-ayrılıqda çox yaxşı oyunçudur”

LKS-in baş məşqçisi: “Rahil ayrı-ayrılıqda çox yaxşı oyunçudur”

Tarix: 20 Fevral 2024 13:56

"Qış transferlərini uğurlu hesab etmək olar. Mən də Rahil Məmmədov və Hüseyn Baliçin səviyyəli futbolçu olması fikri ilə razıyam".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Polşanın LKS klubunun baş məşqçisi Pyotr Stokovets deyib.

Qış fasiləsindən sonra "Korona"ya 1:2, "Vidzev"ə 0:2 hesabı ilə uduzan Lodz təmsilçisinin çalışdırıcısı komandadakı problemlərə baxmayaraq, Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovdan razı qalıb: "Bu, bir daha göstərir ki, komanda qurmaq o qədər də asan deyil. Rahillə Hüseyn ayrı-ayrılıqda çox yaxşı oyunçulardır. Bununla razılaşmamaq olmaz. Amma bu da nəticələrə gətirib çıxarmır. Biz 90 dəqiqə boyu sabit oynaya bilmirik. Bəzi epizodlarda yaxşı oynayırıq, lakin qol imkanları yarada bilmirik. Biz hər şey edir, səylə çalışırıq ki, vəziyyətimizi düzəldək".

Qeyd edək ki, bu qış LKS-ə keçən Rahil hər iki matçda 90 dəqiqə meydanda olub.

Milli.Az


Etiketlər:  LKS in baş məşqçisi Rahil ayrı ayrılıqda çox yaxşı oyunçudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ