Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Separatçıları maliyyələşdirən erməni milyarderin villası əlindən alındı

Separatçıları maliyyələşdirən erməni milyarderin villası əlindən alındı

Tarix: 20 Fevral 2024 14:27

Rəsmi olaraq 120 milyon avro dəyərində olan "İrina Mariya" villası rus əsilli erməni biznesmen, Rusiyadakı "Taşir" holdinqinin Samvel Karapetyana məxsusdur, lakin Paris prokurorluğu onun əsl benefisiarının "Qazprom"un törəməsi olduğuna inanır.

Sonxeber.net xəbər verir ki, Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi 2009-cu il dekabrın 11-dən Parisdə, Kiprdə, Rusiya Federasiyasında və Rokbürn-kap-Martində ağırlaşdırıcı hallarla müşayiət olunan çirkli pulların yuyulmasını araşdırırdı.

2016-cı ildə "Qazprom"un törəmə şirkəti olan "Qazprom Neft" villanı S.Karapetyana satıb. 

Bununla belə, villanın heç vaxt "Qazprom Neft"in nəzarətindən çıxmadığını göstərən bir çox faktlar üzə çıxıb.

Sənədlərə görə, S.Karapetyan "Qazprombank"ın verdiyi 115 milyon avroluq kredit hesabına "Qazprom Neft"dən "Maritime Villa Holding SNC" daşınmaz əmlak şirkətinin səhmlərini alıb. Krediti villanın girovu müqabilində Rusiya bankı verib.

Samvel Karapetyan Xankəndindəki sabiq separatçı rejimin ən böyük maliyyə donorlarından olub.

O, indi Ermənistanda sığınacaq tapmış qarabağlı erməni separatçıların liderlərinin əsas maliyyə hamisi sayılır.


Etiketlər:  Separatçıları maliyyələşdirən erməni milyarderin villası əlindən alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ