Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 15:38
İngiltərə təmsilçisi "Çelsi" bu yay Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, komanda cari mövsümdə titul qazana bilməsə, ingilis forvardın Münxen klubunu tərk etmək ehtimalı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. O, Münxen komandasının heyətində 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərinin 110 milyon avro olduğunu qeyd edib. Keynin "Bavariya" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda bitir.