Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messidən “Barselona” azarkeşlərini sevindirəcək ADDIM

Messidən “Barselona” azarkeşlərini sevindirəcək ADDIM

Tarix: 20 Fevral 2024 18:32

Argentina millisinin futbolçusu Lionel Messi "Qızıl top" mükafatını "Barselona"nın muzeyinə verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu, 37 yaşlı hücumçunun karyerası ərzində qazandığı 8-ci "Qızıl top"dur.

"Barselona"nın sabiq futbolçusu bu mükafatın da əvvəlkilərlə bir yerdə saxlanılmasını istəyib. Messi qazandığı digər yeddi "Qızıl top"u da İspaniya klubunun muzeyinə verib. Amma sonuncu titulu aldığı vaxt argentinalı artıq Barselonanın eyniadlı klubunda çıxış etmirdi.

Qeyd edək ki, 2003-21-ci illərdə La Liqa təmsilçisində çıxış edən Lionel hazırda "İnter Mayami"nin formasını geyinir.

Milli.Az


Etiketlər:  Messidən Barselona azarkeşlərini sevindirəcək ADDIM


RƏYLƏR