Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Navalnının ölümü: Rusiya səfiri XİN-ə çağırıldı

Navalnının ölümü: Rusiya səfiri XİN-ə çağırıldı

Tarix: 21 Fevral 2024 08:50

Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Qeyd edək ki, fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiya səfirinin müşavirini çağırıb. Ardınca Rusiya diplomatları İspaniya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Almaniya, İsveç, İtaliya və Estoniyanın Xarici İşlər nazirliklərinə də çağırılıb.

Xatırladaq ki, fevralın 16-da A.Navalnı həbsxanada ölüb.

Milli.Az


Etiketlər:  Navalnının ölümü Rusiya səfiri XİN ə çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ