Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 12:28
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı başa çatıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 9 gün ərzində 20 dəst medal sahibini tapıb.
Yarışın yekununda komanda hesabında ən yaxşılar bəlli olub. Azərbaycanın kişilərdən ibarət yığması Avropada 7-ci yeri tutub.
İdmançılarımız 363 xal toplayıblar. Bu uğurda 109 kq çəkidə Avropa çempionu olan Dadaş Dadaşbəylinin payı böyük olub.
Qeyd edək ki, kişilərin yarışında Bolqarıstan 696, qadınlarda Ukrayna 654 xalla 1-ci yeri tutub.