Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DYP-dən bu aksesuarlardan istifadə edənlərə xəbərdarlıq - FOTO

DYP-dən bu aksesuarlardan istifadə edənlərə xəbərdarlıq - FOTO

Tarix: 21 Fevral 2024 13:20

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə hallarının geniş vüsət alması ilə bağlı məlumat yayıb.

Sonxeber.net xəbər verir ki, məlumatda bu cür aksesuarlardan istifadənin yanlış anlaşıldığı və yolverilməz olduğu bildirilib.

"Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır. 

Xəbəri rus dilində oxuyun: По каким статьям обвиняется Кямиль Зейналлы?

Baş Dövlət Yol Polisi İdarəsi üzərində "polis", "DİN", "DYP" və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir", - açıqlamada qeyd olunub.


Etiketlər:  dən aksesuarlardan istifadə edənlərə xəbərdarlıq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ