Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən il uşaqlara verilən coğrafi adlar - Oman, Marsel, Yəmən, Afina...

Ötən il uşaqlara verilən coğrafi adlar - Oman, Marsel, Yəmən, Afina...

Tarix: 21 Fevral 2024 20:30

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki,  ötən il 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adı verilib.
 
Bundan əlavə, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub.
 
Ötən il həmçinin 263 uşağa Günəş adı verilib.
 
Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adı qoyulub.
 
Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

Milli.Az


Etiketlər:  Ötən il uşaqlara verilən coğrafi adlar Oman Marsel Yəmən Afina


RƏYLƏR