Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 06:14
Kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.
Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib.
Çex Respublikasının ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-yə ekstradisiyası haqqında qərar imzalamışdı.