Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 09:50
Fransa Prezidenti Emmanuel Makron öz Feysbuk səhifəsində erməni dilində mesaj yerləşdirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, Fransanın Ermənistanı dəstəklədiyini ifadə edib.
"Fransa Misak və Meline Manuçyanı şərəfləndirdiyi, ermənilərin fransız millətinə, Müqavimət ruhuna, azadlıq mübarizəsinə verdiyi töhfəni tanıdığı bu gündə sizin varlığınız bizim üçün önəmlidir.
Mən sizə Fransanın dəstəyini bir daha ifadə edirəm", - Makron yazıb.
Qeyd edək ki, Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimi keçirilib. Ermənistan Baş naziri Paşinyan da makronla bərabər bu mərasimdə iştirak edib.