Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DƏHŞƏTLİ QƏZA: Yük gəmisi körpünü dağıtdı, avtobus çaya düşdü

DƏHŞƏTLİ QƏZA: Yük gəmisi körpünü dağıtdı, avtobus çaya düşdü

Tarix: 22 Fevral 2024 10:00

Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi magistral körpüyə çırpılıb və körpünün bir hissəsini dağıdıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə 1:30) şəhərin Nanşa rayonunda baş verib.

Daha sonra körpüdə hərəkətdə olan sərnişin avtobus suya düşüb. Lakin avtobusda yalnız sürücü olub. Onunla əlaqə kəsilib.

Bir neçə dalğıc hadisə yerindədir və qəzanın başvermə səbəbi aydınlaşdırılır.

Milli.Az


Etiketlər:  DƏHŞƏTLİ QƏZA Yük gəmisi körpünü dağıtdı avtobus çaya düşdü


RƏYLƏR