Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist HƏDƏLƏDİ: “Sən özünü nə sayırsan?”

Əməkdar artist HƏDƏLƏDİ: “Sən özünü nə sayırsan?”

Tarix: 22 Fevral 2024 14:40

"Hər kəsin özünə görə adı, soyadı var, sənəti var, yeri var, oturduğu masa var, səviyyəsi var. Bir də görürsən ki, çıxıb deyir, "mən filankəslə gəlmirəm". Gəlmirsən, gəlmə. Dünya dağılacaq? Sən gəlməyəcəksən, başqası gələcək".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Xəbər ətər" verilişində deyib.

O, verilişlərə çıxmaq üçün şərt qoyan ifaçıları hədəfə alıb:

"Sən özünü nə sayırsan? Dünya səviyyəli sayırsan özünü? Ümumiyyətlə "dünya səviyyəli oxuyan" anlayış yoxdur. Bizim də Almaniyada, Amerikada konsertlərimiz olub. Sən de görüm Çində tanınırsan? Malayziyada tanınırsan? Yaponiyada tanınırsan? O sözü demək olmaz. O sözü demək üçün sənin sənətin, verdiyin konsertlər göz önündə olmalıdır".

"Yetənə "böyük sənətkar" deyirlər. Sən mənə "böyük sənətkar"ın tərifini de görüm. Çatan çatana "böyük sənətkar"deyir. Aə, filankəs üç dənə notu tanımır. Haradan sənətkar oldu? Lap bilsə belə, hanı onun sənəti? Azərbaycan musiqisinin tarixindən xəbəri var?", - deyə Cavanşir Məmmədov əlavə edib.

Milli.Az


Etiketlər:  Əməkdar artist HƏDƏLƏDİ Sən özünü sayırsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ