Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı - FOTO

Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı - FOTO

Tarix: 22 Fevral 2024 15:44

Dünya futbolunun ən tanınmış simalarından olan Ronaldinyo Türkiyənin "Survivor" yarışmasında iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dominikan Respublikasında keçirilən və Acun İlıcalının aparıcılığını etdiyi "Survivor-2024 All Star"a qonaq qismində gələn Ronaldinyo ayaq voleybolunda bacarığını nümayiş etdirib.

Acun İlıcalı və keçmiş futbolçu Sercan Yıldırımla eyni meydançanı paylaşan braziliyalı ulduz sosial mediada gündəm olub.

Daha əvvəl iki dəfə FIFA-nın "Dünyada ilin futbolçusu" və "Qızıl Top" mükafatını qazanan Ronaldinyo türk iştirakçılarla görüşdən məmnun olduğunu deyib.

"Burada olmaqdan çox xoşbəxtəm. Hər zaman gələ bilərəm", - deyə o qeyd edib.

Ronaldinyonun oyunda qazandığı xallar tamaşaçıları heyran qoyub.

Acun İlıcalı Ronaldinyo ilə bir neçə ildir görüşdüklərini bildirib.

"Keçən ay ofisimizə gəldi. Bir az söhbət etdik. Etdiyimiz işləri izləyir. Ona təklif etdim və "Survivorda ayaq voleybolu oynayaq, nə deyirsən?" dedim. Dərhal razılaşdı", - deyə İlıcalı qeyd edib.

Milli.Az


Etiketlər:  Məşhur braziliyalı futbolçu Survivora qatıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ