Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçuları hamıdan öndə

Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçuları hamıdan öndə

Tarix: 23 Fevral 2024 13:16

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ" dörd göstəricidə hamını qabaqlayır.

Bunlardan ikisi komandaya, ikisi isə futbolçulara məxsusdur.

"Qarabağ" topa nəzarəti geri qaytarmaqda hamıdan öndədir. Ağdam klubu 350 dəfə topu rəqibdən alıb. Qapıçılarının ümumi "seyv" sayında da "Qarabağ" liderdir - 37 dəfə.

"Qarabağ"ın bütün "seyv"ləri Andrey Lunyovun hesabındadır. O, qapıçılar arasında liderdir. Təmsilçimizin yarımmüdafiəçisi Julio Romao topalmada hamını qabaqlayır - 27 dəfə.

Qeyd edək ki, pley-offun cavab oyununda "Braqa"ya əlavə vaxtda 2:3 hesabı ilə uduzan "Qarabağ" səfərdəki 4:2 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.


Etiketlər:  Avropa Liqasının yaxşıları Qarabağ futbolçuları hamıdan öndə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ